Zelenski: Ukrayna Kursk vilayətində ələ keçirdiyi əraziləri mübadilə etməyi planlaşdırırbackend

Zelenski: Ukrayna Kursk vilayətində ələ keçirdiyi əraziləri mübadilə etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski qarşıdan gələn sülh danışıqları çərçivəsində Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal edilmiş hissələrini Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazilərə dəyişməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “The Guardian” nəşrinə müsahibəsində bildirib.

“Biz bir ərazini digərinə dəyişəcəyik”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, Ukraynanın bunun müqabilində konkret hansı ərazi tələb edəcəyi hələ müəyyən edilməyib.

“Bilmirəm, görərik. Amma bizim bütün ərazilərimiz vacibdir, prioritet yoxdur”, – deyə Ukrayna prezidenti vurğulayıb.