Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dondurulmasını və yardımın dayandırılmasını şərh edərkən, belə bir inkişafdan şikayət etmək niyyətində olmadığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini The Guardian sitat gətirir.
Zelenski vurğulayıb ki, Ukrayna “bəzi proqramların dondurulmasından şikayət etmək fikrində deyil”, çünki Kiyev üçün ən vacib şey hərbi yardımdır və bu, qorunub saxlanılıb.
“Amerika tərəfinin humanitar missiyasını davam etdirmək imkanı və istəyi olarsa, biz hamımız bunun tərəfdarıyıq, olmasa, bu vəziyyətdən çıxış yolu tapacağıq”, – deyə dövlət başçısı əlavə edib.
Yanvar ayında ABŞ Prezidenti Donald Tramp ABŞ-ın bütün xarici yardım proqramlarını, o cümlədən Ukraynaya, onun siyasət məqsədlərinə uyğun olub-olmadığını yoxlamaq üçün 90 gün müddətinə müvəqqəti olaraq dayandıran sərəncam imzalayıb.