Zelenski: Ukraynada əks-hücum həyata keçirilirbackend

Zelenski: Ukraynada əks-hücum həyata keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukraynada əks-hücum və müdafiə tədbirləri həyata keçirilir.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gələn Kanadanın baş naziri Castin Trüdo ilə ikitərəfli və heyətlərarası görüşlər keçirib.

Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Zelenski jurnalistlərin suallarını da cavablandırıb.

Ukraynanın planlaşdırdığı əks-hücumla bağlı suala Zelenski, “Ukraynada əks-hücum və müdafiə tədbirləri həyata keçirilir. Bunun hansı mərhələdə olduğunu ətraflı deməyəcəm. İnanıram ki, hamımız bunu mütləq hiss edəcəyik” deyə cavab verib.

NOCOMMENT.AZ