Zelenskidən etiraf – “Cəbhədə vəziyyət çətindir”backend

Zelenskidən etiraf – “Cəbhədə vəziyyət çətindir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə daxil olması Kiyev üçün Donetsk Xalq Respublikasının Pokrovski və Toretski istiqamətində vəziyyəti asanlaşdırmayıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS Ukrayna KİV-nə istinadən yayıb.

“Pokrovski və Toretski istiqamətlərindəki çətinliklərə gəlincə, biz inanırıq ki, Kursk əməliyyatı da buna təsir edə bilər. <…> Orada hələ də çətindir”, – deyə Zelenski vurğulayıb.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Rusiya silahlı qüvvələrinin istiqamətini yayındırmaq cəhdlərinə baxmayaraq, Rusiya qoşunlarının bu istiqamətdə təzyiqlərinin davam etdiyini qeyd edib.