Zelenskidən Putinin Pokrovska gəlmək arzusuna reaksiya – “Biz bilirik, bu, nə ilə nəticələnəcək”backend

Zelenskidən Putinin Pokrovska gəlmək arzusuna reaksiya – “Biz bilirik, bu, nə ilə nəticələnəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Donbas vilayətinin Pokrovsk istiqamətində ciddi döyüşlərin getdiyinə diqqəti cəlb edib.

NOCOMMENT.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski bu barədə hökumət nümayəndələri ilə keçirdiyi birgə brifinqdə deyib.

“Pokrovskda vəziyyət mürəkkəbdir. Bilirsiniz ki, bu istiqamətdə 170 min düşmən cəmləşib. Bu, çoxdur. Bu gün səhər ali baş komandanla danışdım, Pokrovskda heç bir dəyişiklik yoxdur. Sözsüz ki, orada hər tərəfdən düşmənlərlə gərgin vəziyyət var. Kursk əməliyyatını xatırlayırsınız? Bütün bunların necə baş verdiyi barədə məlumatı xatırlayırsınız? Onlar dedilər ki, 5-8 min nəfəri mühasirəyə almışıq. Bu isə yalan idi”, – deyə Zelenski vurğulayıb.

Zelenskinin sözlərinə görə, vəziyyətə nəzarət edən Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə düşməni məhv etməyə davam edir və ukraynalı hərbçilər mühasirəyə alınmayıblar.

“Pokrovsk uğrunda ciddi savaş gedir və rusiyalılara onu ələ keçirmək tapşırığı qoyulub. Çünki onlar Sumını ala bilmədilər, Kupyanski ala bilmədilər. Onlar anlayırlar ki, Kupyanskini itirəcəklər. Onlar Pokrovsk uğrunda mübarizə aparacaqlar”, – deyə Zelenski vurğulayıb.

Zelenski əlavə edib ki, Putin Pokrovska gəlmək istəyir: “Bəli, buyursun. Hamı alqışlayacaq, çünki biz bilirik ki, bu, nə ilə bitəcək”.

Xatirə SADİQ