Zəlzələ 50 saniyə davam edib, 6 afterşok qeydə alınıb – Rəsmibackend

Zəlzələ 50 saniyə davam edib, 6 afterşok qeydə alınıb – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün baş verən zəlzələnin davametmə müddəti 50 saniyə, hissolunma müddəti 7 saniyə təşkil edib”.

NOCOMMENT.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzərdə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, zəlzələyə səbəb Siyəzən qırılmasının aktivləşməsidir:

“Zəlzələdən sonra 6 afterşok qeydə alınıb”.

Qeyd edək ki, bu gün Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə – Xəzər dənizində zəlzələ baş verib. Yerli vaxtla saat 08:16-da qeydə alınan zəlzələnin maqnitudası 5,6-ya bərabər olub.

Ocağı 68 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.