Zəlzələdən sonra vulkan püskürdü – Fövqəladə vəziyyət elan edilibbackend

Zəlzələdən sonra vulkan püskürdü – Fövqəladə vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiyanın Reykyanes yarımadasında yenidən vulkan püskürüb. Lava axını yaxındakı yaşayış məntəqələrinə tərəf yol alıb. Artıq Qrindavik şəhərindəki evlərə çatıb. Evlərdən ikisi külə dönüb.

NOCOMMENT.az xəbər verir ki, İslandiya Meteorologiya İdarəsi bildirib ki, püskürmə yanvarın 14-də yerli vaxtla səhər saat 8-ə yaxın Qrindavik şəhəri yaxınlığında baş verən zəlzələlərdən sonra baş verib. Şəhərin əhalisi təxliyə edilib. Cəmi bir neçə saat sonra evlərin yaxınlığında çat meydana gəlib. İslandiyanın ən böyük turistik yerlərindən olan Blu Laqun geotermal spası müvəqqəti olaraq bağlanıb.

Ölkənin cənub-qərbində vulkan püskürməsi səbəbilə fövqəladə vəziyyət elan edilib. İslandiya rəsmiləri bölgədə aylarla davam edən hazırlıqlara baxmayaraq, son vulkan püskürməsinin onlar üçün gözlənilməz nəticələr doğurduğunu bildiriblər:

“Bir neçə aydır ki, bu cür tədbirə hazırlaşırıq, Qrindavik şəhərinin şimalında onu lava axınından qorumaq üçün maneələr tikmişdik. Son baş verənlər planımızda olan ən pis ssenari idi. Vulkanik çatlar həm maneələrin xaricində, həm də içərisində yarandı. Beləliklə, püskürmənin bir hissəsi maneələrin içərisində idi. Ancaq şimalda maneələr lavanın əsas axının qarşısını alıb və ən azından hələlik Qrindavikdə çoxlu evləri xilas edib. Əlbəttə ki, bunun nə qədər davam edəcəyini, növbəti günlərdə vəziyyətin necə inkişaf edəcəyini bilmirik”.