Zərərli “Ət kleyi” nədir? – Bu ərzaqlarda varbackend

Zərərli “Ət kleyi” nədir? – Bu ərzaqlarda var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolbasa, sosis və naggetslərdən doymamağın və aludəçiliyin bir səbəbi də onlarda olan narkotik təsirli əlavə maddələrin olmasıdır.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, dietoloq Tatyana Solnçeva belə qidaların azı 20%-də ekspertlər sənayedə qadağan olunmuş transqlütaminaz maddəsinin olduğunu bildirib.

“Ona “ət kleyi” deyilir. Balıq, ət yarımfabrikatlarında, kolbasa, kəsmik, yoqurtlarda olur. İstehsalçılar qadağaya baxmayaraq, qeyri-leqal olaraq istifadə edirlər.

Hətta son zamanlar bahalı restoranlarda ət, balıq yeməklərində də istifadə edilir.

Transqlütaminaz nədir və sağlamlıq üçün zərəri özünü necə göstərir?
Bu bir fermentdir, toxumada orqanizmimizdə özü hasil olur.

1969-cu ildə yapon alimləri onu süni yolla əldə edib və qida sənayesində məhsulların komponentlərini bir-birinə sıx yapışdırmaq üçün istifadə etməyə başlayıblar. Məsələn, ət, göbələk farşı, paştetlər, kəsmik kütləsi, kolbasa.

Bir çox ölkələrdə, eləcə də Rusiyada icazə verilən qida əlavələri siyahısında yoxdur. Bu barədə bütün istehsalçılar məlumatlıdır.
Fransa və Amerikada az da olsa istifadəsinə icazə var.

Yoqurt, farş və kəsmiyə kütləsini artırmaq və qabarıqlıq vermək, cəlbedici görünüş vermək üçün istifadə olunur.

Hətta çörəkbişirmədə də istifadə edilir.

Restoranlarda kotlet, paştet, steyklərin formasını yaxşılaşdırmaq üçün də qatılır.

Elmi tədqiqatlar sübut edib ki, həddən artıq çox transqlütaminaz autoimmun patologiyaları aktivləşdirir, bağırsaqda iltihab yaradır, sinir sisteminə təsir edir.

Ona görə də həkimlər rasiona hər gün emal edilmiş ət məhsulları və evdə hazırlanmayan, alınma yarımfabrikatları daxil etməyin əleyhinədir”.