Ziya Məmmədov: Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdurbackend

Ziya Məmmədov: Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O xəbəri yazan kimdirsə, getsin o restoranı tapsın”.

NOCOMMENT manset-ə istinadən xəbər verir ki, bunu keçmiş nəqliyyat naziri Ziya Məmmədov deyib.

Xatırladaq ki, Bir neçə gün öncə araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olması ilə bağlı məlumat paylaşıb.

Həmçinin, jurnalist Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət “KFC franchise” şəbəkəsinə sahib olduğunu da açıqlayıb.

Z.Məmmədov yazılanların həqiqətə uyğun olmadığını bildirib: “O xəbəri yazan kimdirsə, getsin o restoranı tapsın. Sonra o restoranı həmin adama bağışlayacağam. Otuz ildir ki, belə cəfəngiyyat şeylər yazırlar, məndən əl çəksinlər. Anarın Britaniyada restoranı yoxdur. Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər.

Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm. Restoran elə bir obyektdir ki, onu gizlətmək mümkün deyil. Yalandır, böhtandır. Bir restoranım var, o da kəndimizin başındadır. Gedin, yeyin, için, kef edin. Amma Britaniyada restoranımızın olduğunu kim yazıbsa, ona deyin getsin götürsün. Həmin restoranı ona bağışladım”.