“Piyada keçidi” nişanı var, lakin zolaq yoxdur.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki,görünməyən və ya bıyası silinən zolaqların mövcudluğu sürücü və piyadalar arasında ziddiyətə yol açır.
Ucarın mərkəzi küçə və prospektlərindəki piyada zolaqları ciddi problemə çevrilib.
Sakinlər bildirirlər ki, zolaqların olmaması piyadaların vurulması riskini artırır.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə cavab olaraq bildirilib ki, regionlarda, o cümlədən də Mərkəzi Aran rayonlarında yol nişanlanma xətlərinin yenilənməsi aparılır.
Artıq Mingəçevir, Yevlax, Zərdab, Göyçay və Kürdəmir rayonlarında işlər görülüb. Plan üzrə Ucarda da yol nişanlanma işləri həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













