10 gün sonra Qarabağda bu ərazilər ordumuzun nəzarətinə keçirbackend

10 gün sonra Qarabağda bu ərazilər ordumuzun nəzarətinə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın şəhərinin Azərbaycana təhvil verilməsi tarixi yaxınlaşır. Bu, iyul ayında, yaxud ilin sonunda baş verə bilər. Bütün hallarda proses Laçın dəhlizinin keçdiyi ərazilərin Azərbaycan Ordusunun nəzarətinə verilməsinə doğru gedir.

10 noyabr 2020-ci il bəyanatının 6-cı maddəsinə əsasən, Laçın dəhlizinə alternativ marşrut 3 il ərzində inşa edilməli, bundan sonra şəhərin mərkəzi və hazırki yolun keçdiyi ərazilər Azərbaycana təhvil verilməlidir. Hələ 2020-ci ildə Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan yeni marşrutu iki il ərzində başa çatdırmaq niyyətindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) fevral ayında yaydığı məlumatda yeni yolun bu ilin yay aylarında istifadəyə veriləcəyi qeyd olunurdu.

Ermənistan mediası son günlər yeni yolun 1 iyul tarixində istifadəyə veriləcəyini, bundan sonra hazırki dəhlizin keçdiyi şəhər mərkəzi və digər ərazilərin Azərbaycana təhvil veriləcəyi iddiasını tirajlayır. İddianın tarix qismi dəqiq olmasa da, ikinci hissəsi 10 noyabr razılaşmasına əsaslanır.

Yeni yolun istifadəyə verilməsindən sonra üç mümkün perspektiv gözləniləndir:

Birincisi, şəhər mərkəzi və yol boyunca yerləşən ərazilərin Azərbaycana təhvil verilməsi həm strateji baxımdan əhəmiyyətlidir, həm də azərbaycanlıların öz yurdlarına qayıdışının önü açılacaq.

İkincisi, Kərkicahan istiqamətindən Turşsu meşələrini keçməklə Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin ərazisinə daxil olan, oradan Gorusun Kornidzor kəndinə keçən yeni yolun daha əlverişsiz olması ermənilərin gediş-gəlişində çətinlik yarada və bu, Qarabağda onsuz da perspektivsiz olan həyata daha da mənfi təsir edə bilər.

(Bu foto Ermənistan mediası tərəfindən “Laçında yeni marşrutun istiqaməti” olaraq təqdim edilir)

Üçüncüsü, yeni marşrutun istifadəsindən sonra Bakının yola nəzarət-buraxılış məntəqəsi quracağı gözləntiləri də var.

Bu gözləntilər erməniləri narahat edir, hətta revanşist qüvvələr Laçın şəhərinin mərkəzinin təhvil verilməsinə qarşı təxribat planları hazırladıqlarını gizlətmirlər də. Şəhərin mərkəzində və dəhliz boyunca yerləşən ərazilərdə yaşayan ermənilər isə köç əhval-ruhiyyəsindədir.

Mövcud dəhlizin keçdiyi ərazidə yerləşən Zabux kəndindəki ermənilərin bir hissəsi köçəcəyini, bir hissəsi isə getmək istəmədiklərini deyirlər. I Qarabağ müharibəsindən sonra ermənilər kəndin adını dəyişdirdilər.  (Aqavno) Diasporun maliyyəsi ilə Ermənistanın müxtəlif yerlərindən, həmçinin, Suriya və Livandan kəndə erməni əhali köçürüldü. II Qarabağ müharibəsindən öncə kənddə 270 erməni yaşayırdı, müharibə zamanı əksəriyyəti Ermənistana qayıtsa da, bəziləri kəndi tərk etməmişdi. Daha sonra Rusiya sülhməramlılarının dəstəyi ilə ermənilər geri qaytardı, hazırda kənddə 185 erməni yaşayır. Onlat nə edəcəklərini bilmirlər, çünki Laçın şəhəri və dəhliz üzərində yerləşən ərazilər Azərbaycana təhvil veriləndən sonra da getmək istəməyənlər var, bəziləri isə “müqavimət göstərməkdən” dəm vurur.

Asif Nərimanlı