Lənkəran şəhəri ərazisində ümumilikdə 11 000-ə yaxın abonentin təbii qaz təchizatı 24.04.2026-cı il tarixində saat 11:30-dan etibarən müvəqqəti olaraq dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Lənkəran şəhəri, Həzi Aslanov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən aparılan qazıntı işləri zamanı şəhəri təbii qazla təchiz edən polietilen qaz xəttinə ziyan vurulmasıdır.










