Norveç hökuməti 16 yaşdan kiçik şəxslərin sosial media platformalarından istifadəsini qadağan etməyi nəzərdə tutan qanun layihəsi hazırlayır.
NOCOMMENT.az xəbər verir ki, rəsmi açıqlamaya görə, sənədin bu ilin sonuna qədər təqdim olunması planlaşdırılır.
Qaydalar qüvvəyə minərsə, istifadəçilərin yaşının yoxlanılması birbaşa texnologiya şirkətlərinin üzərinə düşəcək. Bu isə platformaların daha sərt nəzarət mexanizmləri tətbiq etməsini zəruri edəcək.
Baş nazir Jonas Gahr Stor təşəbbüsü şərh edərkən bildirib ki, əsas məqsəd uşaqların sağlam inkişafını qorumaqdır:
Qeyd edək ki, bu cür təşəbbüslər Avropada getdikcə daha geniş yayılır. Fransa, İspaniya və Danimarka kimi ölkələr də sosial media istifadəsi üçün “rəqəmsal yetkinlik yaşı” tətbiq etməyi planlaşdırır.//News24.az










