120-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

120-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın ümumilikdə 34 230 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 504 tank, 3 632 zirehli maşın, 756 artilleriya sistemi, 240 reaktiv yaylım atəşi sistemi, 99 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 183 helikopter, 620 operativ-taktiki PUA, 137 qanadlı raket, 14 gəmi/qayıq, 60 xüsusi texnika, 2 548 avtomobilni məhv edib.