130 ildən sonra bir ilk: Şahzadə Harri hakim qarşısındabackend

130 ildən sonra bir ilk: Şahzadə Harri hakim qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

130 ildən sonra Britaniyada kral ailəsi üçün bir ilk yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, şahzadə Harri ölkənin məşhur media qrupu – “Mirror” qəzetini nəşr edən orqana qarşı qaldırdığı iddiası ilə məhkəmə qarşısına çıxıb.

Bununla da o, bir əsrdən artıq müddətdə məhkəmədə ifadə verən ilk Britaniya kral ailəsi üzvü olaraq tarixə düşüb.

ABŞ-da məskunlaşan və məhkəmə üçün Londona gedən şahzadə Harri şahid kürsüsünə çıxıb.

Şahzadə Harri ifadəsinin əvvəlində jurnalistləri və redaktorları “əllərində qan” olmaqda günahlandırıb və 55 səhifəlik şahid ifadəsində hökumətə və mətbuata qarşı sərt danışıb.

Şahzadə Daily Mirror-u ittiham edərək, “11 yaşımdan bəri mənim və anamın həyatını cəhənnəmə çevirdi” deyə ifadə verib.

NOCOMMENT.AZ