20 yaşlı gənc döyülərək bıçaqlandıbackend

20 yaşlı gənc döyülərək bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 20 yaşlı gəncə qarşı zorakılıq hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici-deşici alətlə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, gəncin vəziyyəti kafidir.

İlkin məlumata əsasən, o əvvəlcə döyülüb, daha sonra isə kəsici-deşici alətlə yaralanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.