Qobustanda nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib.
İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Qızbacı Mədətova və nəvəsi 2013-cü il təvəllüdlü Gülmalı Mədətov hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.












