286-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

286-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 92 200 (+510) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 929 (+5) ədəd tank, 5 905 (+5) ədəd zirehli döyüş maşını, 1 915 (+1) ədəd artilleriya sistemi, 395 ədəd reaktiv yaylım atəş sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 505 (+8) ədəd avtomobil texnikası, 1 587 (+5) ədəd PUA, 592 (+1) qanadlı raket, 16 gəmi/qayıq, 163 xüsusi texnikadan ibarətdir.