Smartfon istifadəçilərinin həyatını asanlaşdıran simsiz şarj texnologiyası düzgün tətbiq edilmədikdə həm vaxt itkisinə, həm də batareyanın sürətlə sıradan çıxmasına səbəb olur. Son dövrlər texnoloji mühitdə geniş müzakirə olunan +5 qaydası bu problemlərin qarşısını almaq üçün ən effektiv üsul hesab edilir. Bu sadə hesablama metodu sayəsində həm cihazın dolma sürətini artırmaq, həm də batareyanın ömrünü qorumaq mümkündür.

NOCOMMENT.az xəbər verir ki, “artı 5” qaydası simsiz şarj prosesində baş verən qaçılmaz enerji itkilərini kompensasiya etmək məqsədi daşıyır. Qaydanın tətbiqi olduqca sadədir: əgər telefonunuz 15W gücündə simsiz şarjı dəstəkləyirsə, istifadə etdiyiniz adaptörün gücü minimum 20W olmalıdır. Yəni, cihazın dəstəklədiyi güc həddinin üzərinə əlavə 5W gəlmək lazımdır. Simsiz şarj zamanı yaranan maqnit sahəsi və enerjinin ötürülməsi prosesində müəyyən istilik itkiləri baş verir ki, bu əlavə güc ehtiyatı sistemin daha stabil və sürətli çalışmasına imkan yaradır.

Mütəxəssislər bildirirlər ki, yalnız vatt göstəricisi kifayət deyil. İstifadə olunan adaptörlərin PD (Power Delivery) və Quick Charge kimi sürətli şarj protokollarını dəstəkləməsi vacibdir. Çünki müasir smartfonlar yalnız enerji miqdarına deyil, həm də həmin enerjinin hansı standartla ötürüldüyünə baxır. Əgər adaptör çox güclü olsa belə, telefonun proqram təminatı həmin sistemi tanımıyorsa, enerji qəbulu avtomatik məhdudlaşdırılır və bu da prosesin ləngiməsinə səbəb olur.
Digər bir vacib məqam isə isinmə problemidir. Şarj zamanı telefonun bir qədər qızması normaldır, lakin əllə toxunduqda narahatlıq yaradacaq dərəcədə istilik yaranırsa, bu, səmərəliliyin kəskin düşməsinə işarədir. Xüsusilə qalın, metal hissəli və ya maqnitli kılıflar simsiz şarjın “gizli düşmənləri” hesab olunur. Enerji keçidini çətinləşdirən bu aksesuarlar həm şarjı yavaşladır, həm də cihazın həddindən artıq isinməsinə yol açır. Problemi aradan qaldırmaq üçün şarj zamanı kılıfı çıxarmaq və telefonu sərt, sərin bir səthə yerləşdirmək tövsiyə edilir.
Sonda Sara,
NOCOMMENT.az









