73 il keçsə də, Türkiyənin etdiklərini unutmadılar – FOTObackend

73 il keçsə də, Türkiyənin etdiklərini unutmadılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyalı rəssam Myeong Minho-nun Türkiyədəki zəlzələ ilə əlaqədar çəkdiyi və İnstaqram hesabında paylaşdığı rəsm görənləri təsirləndirib.

NOCOMMENT xəbər verir ki, Minho çəkdiyi rəsmlərlə yanaşı, “Qardaşlarımın ölkəsi Türkiyəyə rəsmlərlə başsağlığı verirəm.” sözlərini qeyd edib.

Xatırladaq ki, Türkiyə 1950-1953-cü illərdə Şimali Koreya ilə Cənubi Koreya arasında başlayan müharibəyə beynəlxalq dəstək çərçivəsində əsgər göndərmişdi.

Qeyd edək ki, Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra Türkiyə və dünya səfərbər olub. Ölkəyə dünyanın hər yerindən yardımlar yağarkən, zəlzələ bölgəsində xarici qrupların axtarış-xilasetmə işləri davam edir.73 yıl geçse de Türkiyenin yaptıklarını unutmadılar Ağlatan çizim...