86-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladıbackend

86-cı gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 28 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 263 ədəd tankı, 3 090 ədəd zirehli döyüş maşını, 596 ədəd artilleriya sistemi, 200 ədəd reaktiv yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarəsi, 168 ədəd helikopteri, 103 qanadlı raket, 2 162 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 460 ədəd dronu 43 ədəd xüsusi texnikası məhv edilib.