Sumqayıt Şəhər Prokurorluğunda azyaşlı bacıların ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, azyaşlıların qida zəhərlənməsindən ölməsi ehtimal edilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) report-a verilən məlumata görə, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır.
“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, – deyə AQTA-dan bildirilib.
Xatırladaq ki, 2018-ci il təvəllüdlü və 2016-cı il təvəllüdlü qızlar valideynləri tərəfindən bu gün Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına aparılıb. Daha sonra onların öldüyü məlum olub.