Avtoritar liderlər Putinin qalib gəldiyini görməməlidir – Stoltenberqbackend

Avtoritar liderlər Putinin qalib gəldiyini görməməlidir – Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Rusiya ilə müharibəsində Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Yens Stoltenberq Rusiyanın işğalına qarşı NATO-nun şərq cinahda hazırlığını artırdıqlarını, döyüş qruplarının sayını 4-dən 8-ə çatdırdıqlarını bildirib.

NATO və müttəfiqlərinin Rusiya ilə Ukrayna arasındakı müharibədə münaqişə tərəfləri olmadığını, Ukraynaya görünməmiş dəstək verdiyini vurğulayan Stoltenberq Rusiya prezidenti Vladimir Putinin müharibədə uduzduğunu, buna görə də daha qəddarlıqla cavab verərək Ukrayna şəhərlərinə və mülki infrastruktura hücum etdiyini bildirib.

“Dünyadakı avtoritar liderlər Putinin qalib gəldiyini görməməlidir”- deyə NATO-nun baş katibi qeyd edib.