Şolz xilafətə çağıran islamçı nümayişlərə cavab veribbackend

Şolz xilafətə çağıran islamçı nümayişlərə cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslami məsələlər qanuni yolla həll edilməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu çağırışla Almaniya kansleri Olaf Şolz çıxış edib.

O, ölkədə xilafət yaradılmasına çağıran islamçıların nümayişi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, vəziyyəti başa düşmək lazımdır.

“Biz qanunun aliliyi çərçivəsində əlimizdə olan imkanları və variantları nəzərə alaraq hərəkət etməliyik”, -deyə Şolz bildirib.

Bir gün əvvəl Hamburqda islamçıların kütləvi nümayişi keçirilib. Bu tədbirdə mindən çox insan iştirak edib. Aksiyanı artıq sosial şəbəkələrdə minlərlə izləyicisi olan 25 yaşlı tələbə Co Adade Boatenq təşkil edib.