Azərbaycanda son sutkada 300 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 113, ikinci doza vaksinlərin sayı 26 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 132-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 925 234 olub.