Paşinyanın komandası ÇATLAYIBbackend

Paşinyanın komandası ÇATLAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasında barışmaz ab-hava formalaşıb, təşkilatda bir-birinə kökündən nifrət edən, bir-birinin altını qazan qruplar var.

NOCOMMENT-in modern-ə istinadən məlumatına görə, bu barədə Ermənistanın bəzi KİV-ində yazılan xəbərlərdə bildirilib.

Yayılan xəbərlərdə partiyadaxili qruplaşmalara misallar da gətirilib.

Məsələn, baş nazir Nikol Paşinyanla müdafiə naziri Suren Papikyanın münasibətləri gərginləşib və buna görə də onların komanda yoldaşları arasında münasibətlər də idarəolunmaz hala gəlib.

Parlamentin spikeri Alen Simonyanla baş nazirin Aparat rəhbəri Araik Arutyunyan arasında da münasibətlərin çox gərgin olduğu vurğulanır. Alen Simonyan Araik Arutyunyanın Ermənistan Respublikasının prezidenti olmaq arzusuna daş atıb, Vaaqn Xaçatryanın bu vəzifəni tutmasını təklif edib. Alen Simonyanın istəyinə çatması Araik Arutyunyanın ona düşmən kəsilməsinə səbəb olub.

Partiyada bir-birinə dözməyən daha bir neçə kiçik qrupun da olduğu qeyd edilir. Əksəriyyət isə “Vətəndaş müqaviləsi” partiyasında seçki saxtakarlıqlarını üzə çıxaran Arsen Torosyana dözə bilmir.

Ermənistan KİV-i yazır ki, keçmiş inqilabçı komandanın üzvlərənin maraq və məqsədləri indi çox fərqlidir, ideoloji birlik yoxdur, ən əsası isə onların müxtəlif gəlirləri var ki, bu da ciddi narazılığa səbəb olur.