Praysdan Cənubi Qafqaz açıqlaması: Ağır işdir!backend

Praysdan Cənubi Qafqaz açıqlaması: Ağır işdir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz Azərbaycan-Ermənistan problemlərinin kompleks həllinin necə olduğunu təsvir etməməliyik. Bu, münaqişə tərəflərinin görməli olduğu ağır işdir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə bildirib.

O qeyd edib ki, Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiqliyimizi davam etdiririk.

N.Prays vurğulayıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun təşviqi üçün AB, ATƏT, digər beynəlxalq təşkilatlar və həmfikir tərəfdaşlarla ikitərəfli əlaqələri davam etdirir.

Bu baxımdan o, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşləri barədə müsbət fikirlər səsləndirib.