“Ov üçün ölkəmizə gələn ərəb turistlərin sayı azalıb”.
NOCOMMENT xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu, ola bilsin, ictimai nəzarətin güclənməsinin nəticəsidir: “Ümumiyyətlə, həm yerli, həm də xarici ovçu sayında azalma müşahidə edilir”.