Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə İsveç Krallığının xarici işlər naziri Tobias Billström arasında telefon danışığı olub.
NOCOMMENT.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə edilib.
Tərəflər həmçinin, Avropa İttifaqının Ermənistana göndərdiyi müşahidə missiyası haqqında da danışıblar.