Hindistanın Laknau şəhərində 4 mərtəbəli yaşayış binası çöküb.
NOCOMMENT.az xəbər verir ki, binanın çökməsi nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfərin isə dağıntılar altından xilas edilib.
Dağıntılar altında çoxlu adamın qala biləcəyi ehtimal edilir.
Qeyd edək ki, yerli sakinlər binada ən azı 30 nəfərin yaşadığını bildiriblər.