ABŞ seysmoloqundan Türkiyəyə zəlzələ xəbərdarlığı: Daha çoxuna hazır olun!backend

ABŞ seysmoloqundan Türkiyəyə zəlzələ xəbərdarlığı: Daha çoxuna hazır olun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-lı seysmoloq professor Harold Tobin Kahramanmaraşda baş verən zəlzələləri görünməmiş bir hadisə kimi xarakterizə edərək, “Seysmoloji alətlərin icadından sonra belə bir hadisə görmədik” dedi. Türkiyəyə xəbərdarlıq edən Tobin, “Anadolu daha çox zəlzələlərə hazır olmalıdır” dedi.

NOCOMMENT xəbər verir ki, ötən əsrin ən dağıdıcı zəlzələləri arasında yer alan Kahramanmaraş zəlzələlərini qiymətləndirən Vaşinqton Universitetinin Yer Elmləri Departamentinin professoru və Sakit Okean Şimal-Qərb Seysmik Şəbəkəsinin direktoru Tobin təəccüblü açıqlamalar verib.

Tobin Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin quruluşunu açıqlayıb. Türkiyənin zəlzələlərə ən çox məruz qalan ölkələrdən biri olduğunu vurğulayan Tobin, Kahramanmaraşda baş verən zəlzələnin real olaraq çox böyük olduğuna diqqət çəkib.