20 il əvvəl edilən yaxşılığa cavabbackend

20 il əvvəl edilən yaxşılığa cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən zəlzələdən sonra dünya Türkiyə üçün səfərbər oldu.

NOCOMMENT xəbər verir ki, Tayvandan Türkiyəyə də kömək əli uzadılıb. Tayvan lideri Tsai İnq-ven və yüksək rütbəli hökumət rəsmiləri fəlakətdən xilasetmə səylərini dəstəkləmək üçün maaşlarını ianə edəcəklərini açıqlayıblar.

Tayvan hökuməti əvvəllər nağd şəkildə 2 milyon dollar, Tayvan xalqı isə hökumətin ianə hesablarına indiyə qədər 340.000 dollardan çox pul köçürüb.

Həmçinin Tayvan Türkiyəyə 130 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu göndərib.

“TÜRKİYƏ BİZƏ İLK YARDIMI 20 İL ƏVVƏL ETDİ”

Tayvan lideri Tsai, Türkiyəyə çatan ilk komanda ilə etdiyi video konfransda, Türkiyənin 1999-cu ildə baş verən zəlzələdə Tayvana axtarış-xilasetmə qrupu göndərən ilk ölkə olduğuna diqqət çəkərək, “20 il əvvəl (Tayvanda zəlzələ) Türkiyə bizə ilk yardımı göstərdi. Əlini uzadan ölkə oldu. İndi biz geri qaytarırıq- dedi. Xilasetmə dəstəsində olan zabitlər Türkiyəyə 1999-cu ildə göstərdiyi köməyə görə təşəkkür edərək, bütün resursları və imkanları ilə kömək etməyə hazır olduqlarını vurğulayıblar.