THY-dən zəlzələ qurbanlarına iş imkanıbackend

THY-dən zəlzələ qurbanlarına iş imkanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra bölgədə 1000 yaşayış məhəlləsi quracaqlarını açıqlayan Türk Hava Yolları (THY) İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Prof. Dr. Ahmet Bolat, zərər çəkmiş 1000 ailədən bir nəfərə THY və onun törəmə şirkətlərində iş imkanı təklif edəcəklərini açıqladı.

NOCOMMENT xəbər verir ki, prof. Dr. Ahmet Bolat sosial media hesabından mövzu ilə bağlı açıqlama verib.

“Türk Hava Yolları olaraq, Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi və AFAD-ın koordinasiyası ilə zəlzələ bölgəsində 1000 yaşayış yeri olan Türk Hava Yolları Məhəlləsi layihəsi üzərində işləməyə davam edirik. Bu 75 milyon dollarlıq ianəyə əlavə olaraq, mən yeni bir layihənin müjdəsini vermək istəyirəm. Zəlzələ bölgəsində fəlakətdən zərər çəkən hər 1000 ailədən birinə Türk Hava Yolları və onun törəmə şirkətlərində insanlara iş imkanları təqdim edəcəyik. Həmçinin kabin heyəti kimi işə götürüləcək dostlarımıza üç aylıq pulsuz ingilis dili təhsili verməklə müsbət ayrı-seçkiliyi təmin edəcəyik. Bunu vaxtında rəsmi olaraq elan edəcəyik.”