Xocalı soyqırımı Azərbaycan müstəqillik istiqamətində atdığı ilk addımları zamanı baş verib. Qəddarlığına, xarakterinə və miqyasına görə XX əsrin ən böyük soyqırımı cinayətidir.
NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, bunu məhz soyqırımı cinayəti kimi Azərbaycan səciyyələndirib, bu gün də müvafiq addımlar atır:
“Biz bu cinayəti törədən ölkələrin məsuliyyətə cəlb olunmasına hələ nail ola bilməmişik. Bu günə qədər 16 dövlət tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edilib”.