Gürcüstanda etirazlar – Aİ bayrağı yandırıldıbackend

Gürcüstanda etirazlar – Aİ bayrağı yandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamenti önündən etiraz aksiyası başlayıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları mübahisəli “Xarici agentlər haqqında” qanun layihəsinə dəstək ifadə ediblər.

Aksiyaçılar qanun layihəsinə etiraz edənləri tənqid edirlər. Etiraz “Mühafizəkar hərəkat” tərəfindən təşkil edilib. Onlar Gürcüstanda qanunla bağlı referendum keçirilməsini tələb edirlər.

Etiraz zamanı iştirakçılar, həmçinin LGBT fəllarına qarşı eitraz zamanı mühakimə olunan şəxslərin azad edilməsini, dövlət çevrilişi təşkil etməyə cəhd edən və “Xarici agentlər haqqında” qanuna etirazlar zamanı “Molotov kokteyli” atan şəxslərin cəzalandırılmasını istəyirlər.

Aksiyada Rusiyameyilli qruplar Avropa İttifaqının (Aİ) bayrağını yandırıblar.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Etirazlardan sonra hakim partiya qanun layihəsini geri götürdüyünü elan edib. Daha sonra Gürcüstan parlamentində qanun layihəsi ikinci oxunuşda rədd edilib.