Tətillərin 8-ci həftəsi: Parisdə zibil böhranı böyüyür!backend

Tətillərin 8-ci həftəsi: Parisdə zibil böhranı böyüyür!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada mübahisəli pensiya islahatına qarşı kütləvi tətillərin 8-ci həftəsi başlayıb.

Ölkə boyu etirazlar davam edərkən, təmizlik işçilərinin davam edən tətili səbəbindən Paris küçələrində zibil qalaqları yaranıb.

NOCOMMENT.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, başda paytaxt Paris olmaqla bir çox şəhərdə enerji, nəqliyyat, neft emalı və təmizlik kimi müxtəlif sektorların işçiləri tətil edib.

Eyfel qülləsinin etirazlara görə bu gün bağlanacağı da bildirilib.

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını hədəfləyən pensiya islahatına qarşı ümummilli tətillər başlayıb.