Ekvadorda təsirli olan leysan yağışlar səbəbilə Çimborazo əyalətinin Alausi dağlıq qəsəbəsində torpaq sürüşməsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, dağlıq qəsəbədə baş verən sürüşmə nəticəsində 16 nəfər ölüb.
Səlahiyyətlilər 6 nəfərin sağ-salamat xilas edildiyini, 7 nəfərdən isə hələ də xəbər alınmadığını bildirib.
Fəlakət nəticəsində çoxlu evin torpaq altında qaldığını bildirən səlahiyyətlilər, axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
NOCOMMENT.AZ