Tunisdə 3 ay ərzində qarşısı alınan 889 qeyri-qanuni miqrasiya cəhdində 27 665 qeyri-qanuni miqrantın tutulduğu bildirilib.
NOCOMMENT.az xəbər verir ki, Tunis Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cebabli rəsmi sosial media hesabından mövzu ilə bağlı yazılı açıqlama verib.
O, təhlükəsizlik qüvvələrinin qeyri-qanuni miqrasiya cəhdlərinə qarşı əməliyyatlarının ölkə daxilində davam etdiyini bildirib.
Milli Təhlükəsizlik Qüvvələrinin 1 yanvar-31 mart tarixləri arasında ölkənin şimal və cənub dənizlərində həyata keçirdiyi əməliyyatlarda İtaliyaya qarşı törədilən 501 qeyri-qanuni miqrasiya cəhdində 13 min 138-i Sahra Altı Afrika ölkələrindən və digərləri Tunisdən olan 14.406 immiqrant tutulub.
NOCOMMENT.AZ