Tunis sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 15 nəfər həyatını itirib.
NOCOMMENT xəbər verir ki, Tunis Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cəbabli sosial media hesabından batan qayıqla bağlı açıqlama verib.
Cebablı açıqlamasında qeyri-qanuni mühacirləri daşıyan qayığın ölkənin cənubundakı Sfaks şəhəri sahillərində batdığını, Dəniz Qüvvələrinin axtarış-xilasetmə qrupunun 15 immiqrantın cəsədlərinə çatdığını bildirib.
Cebablı 5-i qadın, 9-u uşaq olmaqla 47 immiqrantın xilas edildiyini bildirib.
Havaların istiləşməsi ilə nizamsız miqrasiya cəhdlərinin artdığı Tunisdə ötən gün iki qayığın batması nəticəsində 10 nəfər ölüb, 76 nəfər xilas edilib.