BMT Təhlükəsizlik Şurasına bu ay İsveçrə rəhbərlik edəcək.
NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsveçrə bu vəzifədə Rusiyanı əvəz edəcək. “İsveçrə bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik edir”, – nazirliyin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edib.