Xorvatiya Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (SOA) hazırladığı 2022-ci il İctimai Hesabatında Rusiyanın Zaqrebdəki səfirliyinin ötən il ölkədə persona-non-qrata elan edilmiş 24 əməkdaşının deportasiyasının səbəbi ilə bağlı izahatlar yer alıb.
NOCOMMENT.az xəbər verir ki, hesabatda 2022-ci ilin aprel ayında ölkədə persona non-qrata elan edilən və Rusiyanın Zaqrebdəki səfirliyində çalışan 18-i diplomat, 6-sı inzibati-texniki işçi olmaqla 24 nəfərin deportasiya qərarı ilə bağlı açıqlamalar verilib.
Açıqlamada “Rusiyanın Zaqrebdəki səfirliyinin 18 diplomatı və 6 inzibati-texniki əməkdaşının deportasiya edilməsinin səbəblərindən biri də bu personalın əksəriyyətinin Xorvatiyada gizli və qeyri-qanuni kəşfiyyat işi ilə məşğul olması” göstərilib.
NOCOMMENT.AZ