Nigeriya polisi mayın 15-də Plato əyalətində baş verən silahlı hücumlarda 87 nəfərin öldüyünü bildirib.
NOCOMMENT.az xəbər verir ki, Plateau əyalətinin polis sözçüsü Alabo Alfred mayın 15-də Funqzai və Kubvat kəndlərinə edilən hücumlarda 87 nəfərin öldüyünü, 39 nəfərin yaralandığını bildirib.
Yaralıların əyalətin müxtəlif bölgələrindəki xəstəxanalarda müalicə edildiyini qeyd edən Alfred, hücumla əlaqədar 7 nəfərin tutulduğunu bildirib.
Alfred həbs edilən şəxslərin lazımi istintaq tamamlandıqdan sonra məhkəməyə çıxarılacağını bildirib.
Qeyd edək ki, mayın 15-də gecə saatlarında Plato əyalətinin Funqzai və Kubvat kəndlərinə silahlı hücumlar həyata keçirilib.
NOCOMMENT.AZ