Ərdoğan 30 ildə girdiyi hər seçkidə qalib gəlibbackend

Ərdoğan 30 ildə girdiyi hər seçkidə qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 ildə 17-ci dəfə qələbə qazanıb. Bu prosesdə Ərdoğan və AK Partiya təkcə Türkiyənin deyil, dünyanın siyasi tarixinə damğasını vuran böyük uğurlara imza atdı.

NOCOMMENT xəbər verir ki, o, gənc yaşlarında milyonlarla insanın paylaşacağı arzuları üçün siyasi səhnəyə çıxdı. 1976-cı ildə Milli Qurtuluş Partiyasının gənclər təşkilatlarında başlayan yarım əsrlik siyasi həyatında onun saysız-hesabsız uğurları olub. O, özünü həsr etdiyi məşəqqətli yolu seçkilərdə qələbələrlə davam etdirdi. Millətin iradəsi ilə tarixi yarışlarda ip götürdü. O, bir-birinin ardınca uğurlar gətirən liderliyi ilə Türkiyənin siyasi həyatında iz qoyub.