Türkiyə Xarici İşlər Nazirliyi bu gün İsrail hərbçilərinin İsrailin işğalı altında olan İordan çayının qərb sahilində Cenin şəhərində həyata keçirdiyi basqını şiddətlə qınayıb.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə XİN basqınla bağlı yazılı açıqlama yayıb.
Bəyanatda qeyd olunub:
“Biz bu gün (3 iyul) İsrailin işğalı altında olan İordan çayının qərb sahilində İsrail qüvvələrinin Cenin şəhərində həyata keçirdiyi basqını şiddətlə qınayırıq. Bölgədəki mövcud gərginliyin bu hücumlarla yeni zorakılıq spiralına səbəb olmasından dərin narahatıq və İsrail hakimiyyətini sağlam düşüncə ilə hərəkət etməyə və bu cür hərəkətləri dayandırmağa çağırışımızı təkrar edirik.
Hadisələrdə həyatını itirən fələstinli qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyir, Fələstin dövlətinə və xalqına başsağlığı veririk”.
NOCOMMENT.AZ