Şotlandiyada dağ silsiləsində üç turist ölüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Polis şənbə günü turistlərlə əlaqənin olmaması barədə xəbərdarlıq aldıqlarını söyləyib.
Bazar günü başlayan axtarış-xilasetmə əməliyyatı nəticəsində iki kişi və bir qadın cəsədi tapılıb.
Qeyd olunur ki, əməliyyat qatı duman şəraitində aparılıb.
Turistlərin ölüm səbəbi açıqlanmır.