NOCOMMENT.az sosial şəbəkələrdə erməni istifadəçilərin döyüşdə iştirak edən yaxınlarının paylaşımlarına istinadla xəbər verir ki, bugünkü döyüşlərdə erməni tərəfdən 30-dan artıq hərbçi məhv edilib.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.