NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının BMT-dəki (BMT) daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın Suriyadakı obyektlərə zərbələr endirərək beynəlxalq hüququn və Suriyanın suverenliyini kobud şəkildə pozduğunu bildirib. Bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ-ın Bu-Kemal şəhəri yaxınlığındakı iki hədəfə hücumu qeyri-qanuni hərəkət olmaqla yanaşı, Suriya suverenliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Nebenzya əlavə edib ki, pisləşən İsrail-Fələstin münaqişəsi kontekstində bu cür hərəkətlər son dərəcə təhlükəli nəticələrlə doludur və “bütün regionda silahlı eskalasiyaya” səbəb ola bilər.