Ermənistan Nazirlər Kabineti koronavirusla bağlı ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini avqustun 12-dək uzadıb.
NOCOMMENT erməni mediasına istinadən xəbər verir ki, bundan əvvəl ölkədə fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılmışdı.
Bu günə qədər Ermənistanda koronavirusa 32 151 yoluxma olub, 573 nəfər virusdan ölüb.