Türkiyənin Vitse-prezidenti: Hər zaman səninləyik Azərbaycanbackend

Türkiyənin Vitse-prezidenti: Hər zaman səninləyik Azərbaycan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Vitse-prezidenti Fuad Oktay “Twitter”dəki hesabında Azərbaycanda dəstəyini ifadə edib.

NOCOMMENT xəbər verir ki, Fuad Oktay sosial media hesabında “Səninləyik Azərbaycan” – paylaşımı edib.

Türkiyə-Azərbaycan dostluğunu vurğulayan Vitse-prezident bunları qeyd edib: “Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan”.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib.