NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Litva hakimiyyəti yaxın illərdə müdafiə vergisi tətbiq edə bilər. Bu barədə Respublika prezidenti Qitanas Nauseda bildirib.
“Bəli, 2025-ci ildən, o cümlədən müdafiə vergisindən danışmaq olar, amma ilk növbədə borclanmanın verdiyi imkanlardan istifadə etməliyik. 2024-cü il ərzində mən müzakirələrə başlamağa, müdafiə vergisinin mümkün formatı ilə bağlı müzakirələrdə iştirak etməyə hazıram, amma bugün bu barədə danışmaq tezdir “,- deyə Nauseda bildirib.
Dövlət başçısının sözlərinə görə, gələcəkdə Litva hakimiyyəti yeni verginin tətbiqinin zəruriliyini müəyyən etməli olacaq.